Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb
  • Clock-gray 12:18
  • calendar-gray 21 Avqust 2019

Avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müvafiq keçid balını toplamış 120 namizəd müsahibə mərhələsinə dəvət edilib. Müsahibələr avqustun 23-dək davam edəcək.

Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

Qeyd edək ki, bu ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1 643 nəfər iştirak edib.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date