DMA: Təhsil ocaqları əmək bazarının istəklərinə cavab vermir

DMA: Təhsil ocaqları əmək bazarının istəklərinə cavab vermir
# 31 yanvar 2023 11:07 (UTC +04:00)

"Bu gün təhsil ocaqları əmək bazarının istəklərinə cavab vermir".

APA xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, bu günün əmək bazarı yeni yanaşmalar gözləyir:

"İlk vaxtlar əmək bazarı bizdən qol gücü istəyirdi. Sonra bu, bacarıq, düşüncə ilə dəyişdi. Əmək bazarında çox ciddi dəyişiklər olur. Köhnə peşələr yeniləri ilə dəyişir. Əmək bazarında qurumlar bir-biri ilə sıx əməkdaşlıq edir. Əhalinin təhsil səviyyəsini qaldırmalıyıq. Universitetlərdə təlim materialları artıq daha tez-tez dəyişməlidir. Bu gün əmək bazarı cəmiyyətə yox, cəmiyyət əmək bazarına uyğunlaşmalıdır. Bu gün biz işi yaşadığımız yerə yox, yaşadığımız yeri işə aparmalıyıq. Ən böyük hədəfimiz gəncləri əmək bazarında görməkdir. Rəqəmsallaşma və elektronlaşma üzrə iş aparırıq. Bu gün təhsil ocaqları əmək bazarının istəklərinə cavab vermir. Agentliyimizdə 150 nəfərdən çox Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi işləyir. Bu da universitetlər arasında ən çox göstəricidir".

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR