Doktoranturaya qəbul üzrə ixtisas fənnindən imtahanlar keçirilib

Doktoranturaya qəbul üzrə ixtisas fənnindən imtahanlar keçirilib
# 12 sentyabr 2022 17:07 (UTC +04:00)

Bu gün Təhsil İnstitutunda 2022-ci il doktoranturaya qəbul imtahanlarının sonuncu mərhələsi olan ixtisas fənnindən imtahanlar keçirilib.

İnstitutdan APA-ya bildirilib ki, imtahanlarda xarici dil və fəlsəfə fənlərindən 17 nəfər iddiaçı yüksək qiymətlər alaraq ixtisas imtahanı mərhələsinə iştirak hüququ qazanıb.

Qəbul imtahanlarını keçirmək üçün ARTİ-nin direktoru, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizovun sədrlik etdiyi, ARTİ-nin direktor müavini Ənvər Abbasov, pedaqogika üzrə fəlsəfə doktoru, EPTM-nın direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadovun, Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədovun üzvlük etdiyi daimi imtahan komissiyası yaradılıb.

İmtahanın birinci günü imtahan verən 10 nəfər iddiaçı müvafiq olaraq ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisaslarından qəbul imtahanı veriblər.

Qeyd edək ki, təhsilin təşkili və planlaşdırılması və pedaqoji psixologiya ixtisaslarından qəbul imtahanı isə növbəti günlərdə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR