Doktoranturaya sənəd qəbulu bu gün başa çatır

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 04 may 2022 10:57 (UTC +04:00)

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi 5 may saat 23.59–da bitəcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər (dissertantura daxil olmaqla) xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində “Şəxsi kabinet” açmalıdır.

Namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş təhsil müəssisəsinə müraciət göndərməlidirlər. Nəticə olaraq müraciət göndərilən müəssisə tərəfindən “İmtahana buraxılış” statusu təyin edilərək müraciətçilərin “Şəxsi kabineti”ndə əks olunacaq.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək xarici dil imtahanına “Şəxsi kabinet”ində “İmtahana buraxılış” statusu təyin edilməmiş şəxslər buraxılmayacaq.

Qeyd edək ki, müraciətlərin elektron formada təşkil edilməsi qəbul prosesini daha çevik, rahat və keyfiyyətli təşkilinə şərait yaratmaqdır. Tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə bilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR