Doktoranturaya xarici dillər üzrə qəbul imtahanına qeydiyyatı başa çatır

Doktoranturaya xarici dillər üzrə qəbul imtahanına qeydiyyatı başa çatır
# 31 may 2023 11:40 (UTC +04:00)

Namizədlərin doktoranturaya xarici dillər üzrə qəbul imtahanı, həmçinin doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyatı başa çatır.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək üçün qeydiyyat bu gün saat 23:59-dək davam edəcək.

İştirakçılar DİM-in internet saytında “Şəxsi kabinet" (http://ekabinet.dim.gov.az) yaratmalı (Şəxsi kabineti olmayanlar) və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Xatırladaq ki, xarici dillər üzrə qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2023-cü il iyunun 11-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR