Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının strukturu müəyyənləşib

Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının strukturu müəyyənləşib
# 06 sentyabr 2022 17:56 (UTC +04:00)

Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının strukturu müəyyənləşib.

APA xəbər verir ki, bu barədə Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının əsasnaməsində qeyd olunub.

Vahid dövlət informasiya bazasının strukturu “Transplantasiya işi üzrə koordinasiya və monitorinq” altsistemindən, “Hesabatlar” altsistemindən və aşağıdakı reyestrlərdən ibarətdir:
1. ölümdən sonra donorluğa razılıq vermiş şəxslərin reyestri;
2. ölümdən sonra donorluqdan imtina etmiş şəxslərin reyestri;
3. canlı donorların reyestri;
4. resipiyentlərin reyestri;
5. sümük iliyi donorluğuna namizədlərin reyestri;
6. süni orqan və material köçürülmüş şəxslərin reyestri;
7. transplantasiyanı həyata keçirən tibb müəssisələrinin reyestri;
8. donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb
müəssisələrinin reyestri;
9. transplantasiya üzrə koordinatorların reyestri;
10. həkim-transplantoloqların reyestri.

“Transplantasiya işi üzrə koordinasiya və monitorinq” altsistemi transplantasiya üzrə koordinatorların reyestrinə daxil olan şəxslər barədə məlumatların yenilənməsini, onlar tərəfindən daxil edilən məlumatların düzgünlüyünün yoxlanılmasını, transplantasiya məqsədilə donor orqanların Azərbaycan Respublikasına idxalına və Azərbaycan Respublikasından ixracına “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xüsusi icazə verilməsi barədə qərarların saxlanmasını təmin edir.

“Hesabatlar” altsistemi donor orqanların transplantasiyası məqsədilə uçota götürülən resipiyentlərin, donorların,donor orqanların transplantasiyası həyata keçirilmiş şəxslərin sayı, donor orqanların transplantasiyasını gözləyən şəxslər arasından ölənlərin sayı, transplantasiyası nəzərdə tutulan donor orqanların statistik göstəriciləri, transplantasiya məqsədilə uçota götürülən şəxslərin yaş göstəriciləri barədə hesabatları əks etdirir.

“Transplantasiya işi üzrə koordinasiya və monitorinq” altsistemi, “Hesabatlar” altsistemi və reyestrlər üzrə əməliyyatlar Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR