DOST mərkəzlərində yeni xidmətlər istifadəyə verilib

DOST Agentliyi

© APA | DOST Agentliyi

# 27 yanvar 2022 16:15 (UTC +04:00)

Artıq vətəndaşlar DOST mərkəzlərində xidmətlərdən "onlayn növbə" ilə yararlana bilərlər. Bunun üçün DOST Agentliyinin rəsmi saytına daxil olmaq və əsas səhifədə "onlayn növbə" düyməsinə basmaq lazımdır.

Agentlikdən APA-ya verilən məlumata görə, ardınca açılan səhifədə xidmət alınacaq mərkəz, xidmət istiqaməti, xidmət tarixi və vaxtını seçməklə, eləcə də, FİN nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə onlayn növbə əldə etmək mümkündür.

Bundan əlavə, "onlayn növbə" götürərkən, eşitmə və nitq məhdudiyyətli şəxslər üçün surdotərcümə xidmətini seçmək də təklif olunur. Qeyd edək ki, surdotərcümə xidmətindən yararlanmaq üçün "onlayn növbə" götürmək mütləqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR