"Dostluq Meşəsi" və ətrafdakı yamaclarda 50 minə yaxın ağac əkilib

"Dostluq Meşəsi" və ətrafdakı yamaclarda 50 minə yaxın ağac əkilib
# 23 yanvar 2023 11:52 (UTC +04:00)

Son həftə ərzində Cəbrayılın "Dostluq Meşəsi" adlandırılan sahəsinin, o cümlədən ətrafdakı terrasların 10 hektardan artıq ərazisində Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə 8100 ağac tingi əkilib.

APA xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə Cəbrayıl rayonunda yaradılan “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin "Dostluq Meşəsi" adlandırılan sahəsində və ətrafdakı yamaclarda ötən ilin sonlarından etibarən ağacəkmə tədbirləri davam etdirilir:

“Bugünədək layihə çərçivəsində "Dostluq Meşəsi"nin və ətrafdakı yamacların 54 hektardan çox sahəsində 50 minə yaxın müxtəlif növ ağac tingi əkilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR