Dövlət Agentliyi: Ailə həkimi institutu formalaşma mərhələsindədir

Dövlət Agentliyi: Ailə həkimi institutu formalaşma mərhələsindədir
# 12 yanvar 2022 16:49 (UTC +04:00)

“Hazırda ailə həkimi institutu formalaşma mərhələsindədir”.

APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vahid əlaqələndirmə mərkəzi ilə iş şöbəsinin müdiri Nərgiz Hacıyeva bildirib.

Onun sözlərinə görə, yaxınlarda ailə həkimi rezidenturası da formalaşacaq: “Bunun üçün hazırda işlər aparılır. İşlər nəticələnəndə geniş açıqlama verəcəyik. Rezidenturanı bitirmiş ailə həkimləri sırf ixtisası üzrə fəaliyyət göstərəcək. Estoniyada ailə həkimləri 24 saat fəaliyyət göstərir. Bu da ondan irəli gəlir ki, xroniki xəstəliyi olanların 24 saat nəzarətdə olması daha məqsədəmüvafiqdir. Yəqin ki, yaxın gələcəkdə bizdə də ailə həkimləri 24 saat fəaliyyət göstərməyə başlayacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR