Dövlət Agentliyi işlə təmin edilən qazilərin sayını açıqlayıb

Dövlət Agentliyi işlə təmin edilən qazilərin sayını açıqlayıb
# 07 iyun 2022 19:40 (UTC +04:00)

Vətən müharibəsindən sonra 13 min qazi və 3 minə yaxın şəhid ailəsi üzvünün məşğulluğunun təmin edilməsi ilə bağlı işlər davam etdirilir.

APA xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

O qeyd edib ki, artıq bu günə qədər həmin kateqoriyadan olan 12 minə yaxın şəxs işlə təmin edilib: “Onlardan 6 minə yaxınını özünüməşğulluq proqramına cəlb etmişik, 3 minə yaxın şəxsi işlə təmin etmişik, bir qrup şəxsi isə peşə hazırlıq kurslarına cəlb etmişik. Hazırda proses davam edir. İndi biz bir qrup qazinin proqram təminatı üzrə peşə hazırlığı kurslarını davam etdiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR