Dövlət Agentliyi “Qanlı göl"lə bağlı narahatedici məqamı açıqlayıb

Dövlət Agentliyi “Qanlı göl"lə bağlı narahatedici məqamı açıqlayıb
# 02 fevral 2023 12:28 (UTC +04:00)

“Bu gün "Qanlı göl"lə bağlı bizi narahat edən yeganə məsələ dib çöküntüsünə müdaxilənin nəticəsi ilə bağlı müəmmadır".

APA xəbər verir ki, bunu "Qanlı göl" ərazisi üzrə təqdim olunan layihələrə dair ictimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

"Bizi hazırda narahat edən yeganə məsələ gölün dib çöküntüsünə müdaxilə ilə bağlıdır. Bütün müvafiq qurumlarla əlaqə saxlayaraq gölün dibinə müdaxilə edilsə, hansı fəsadlar yarana bilər, necə nəticələnə bilər, bu barədə danışıqlar, monitorinqlər aparılacaq. İnanırıq ki, müqayisəli təhlillər nəticəsində bunun da həllinə nail olunacaq", - o qeyd edib.

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR