Dövlət Agentliyi: Reabilitasiya vasitələrinin sayı ilə bağlı hökumətə layihə təqdim olunacaq

Dövlət Agentliyi: Reabilitasiya vasitələrinin sayı ilə bağlı hökumətə layihə təqdim olunacaq
# 27 dekabr 2022 15:36 (UTC +04:00)

"Reabilitasiya vasitələrinin sayına yenidən baxılması üçün hökumətə yeni layihə təqdim olunacaq".

APA xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O bildirib ki, əlilliyi olan şəxslərə verilən rebilitasiya vasitələrinin sayının artırılması nəzərdə tutulub. Agentlik sədri qeyd edib ki, son 4 ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bir uşaq reabilitasiya müəssisəsi – Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Aparılan bütün bu işlər reabilitasiya mərkəzlərinin potensialının dəfələrlə artmasına imkan verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR