Dövlət Departamenti Blinkenin Çinə səfərə ilə bağlı məsələyə münasibət bildirib - YENİLƏNİB

Dövlət Departamenti Blinkenin Çinə səfərə ilə bağlı məsələyə münasibət bildirib - YENİLƏNİB
# 09 iyun 2023 04:58 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Blinkenin Çinə gözlənilən səfəri ilə bağlı xəbərlərə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedanta Patel açıqlama verib.

O bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken şərtlər icazə verdikdə Çinə səfər edəcək.

“Dövlət katibinin səfəri ilə bağlı elan edəcəyimiz bir şey yoxdur. Daha əvvəl dediyimiz kimi şərait imkan verən zaman Çin Xalq Respublikasına səfər planlaşdırılacaq”, - Patel bildirib.

Çin bir müddətdir ki, ABŞ-la ilk növbədə diplomatiya və hərbi sahədə birbaşa təmaslardan imtina edir. Birləşmiş Ştatlar gərginliyin artması və ölkələr arasında münasibətlərin pisləşməsi fonunda Çinlə birbaşa əlaqəni bərpa etmək niyyətindədir.

***

Saat 04:42

ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Pekinə səfər etməyi planlaşdırır.

APA xəbər veerir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, o, Yaxın Şərqə səfərini başa vurduqdan sonra Pekinə gəlməyi planlaşdırır.

Dövlət Departamentinin mətbuat xidməti hələlik məlumatı təsdiqləməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR