Dövlət icbari şəxsi sığorta sahəsində vahid qanun layihəsi hazırlanacaq

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 29 dekabr 2021 21:43 (UTC +04:00)

Nazirlər Kabineti dövlət icbari şəxsi sığorta sahəsində vahid qanun layihəsi hazırlayacaq.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti dövlət icbari şəxsi sığorta sahəsində vahid qanun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR