Dövlət Komitəsi: 13 uşaq qərəzli şəkildə təhsildən uzaqlaşdırılıb

Dövlət Komitəsi: 13 uşaq qərəzli şəkildə təhsildən uzaqlaşdırılıb
# 28 iyul 2022 11:51 (UTC +04:00)

İl ərzində qərəzli şəkildə təhsildən uzaqlaşdırılan 13 uşaq aşkarlanıb.

APA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova "İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Dövlət Komitəsi həmin uşaqların taleyi ilə maraqlanıb.

“Belə hallar aşkarlananda dərhal hərəkətə keçilir və müvafiq tədbirlər görülür. 2018-ci ildən repatriasiya olunan uşaqlarla bağlı da 3 aydan bir monitorinqlər aparılır. Elə uşaqlar da var ki, cinsi zorakılığa məruz qalıb. Sığınacaqlar belə uşaqları qəbul etmək istəmir. Bu, ciddi problemdir”, - şöbə müdiri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR