Dövlət Komitəsi: 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur

Dövlət Komitəsi: 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur
# 26 may 2022 10:26 (UTC +04:00)

“Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur”.

APA xəbər verir ki, bunu “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş beynəlxalq konfransda Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, münaqişənin ilk illərində beynəlxalq təşkilatlar qaçqın və məcburi köçkünlərə böyük dəstək göstərib: “Bu istiqamətdə BMT təsisatlarının, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyəti xüsusi ilə diqqətəlayiqdir və onların məcburi köçkünlərlə bağlı fəaliyyəti yüksək qiymətləndirilir. 1999-cu ildən Beynəlxalq Miqrasiya Təşkilatının müxtəlif donor təşkilatları ilə birgə Azərbaycandakı kəhrizlərin bərpası ilə bağlı layihə həyata keçirilir. Bu günədək ümumilikdə kəhrizlərin bərpası ilə əlaqədar 10 layihə icra edilib. BMqT-in Azərbaycan nümayəndəliyinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafi" layihəsi də bu qəbildəndir. Layihə çərçivəsində məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR