Dövlət Komitəsi ailə münaqişələrinin həllində Mediasiya Şurası ilə işləyə bilər

Bahar Muradova

© APA | Bahar Muradova

# 18 may 2022 12:38 (UTC +04:00)

“Bizim komitə ailə münaqişələrinin həllində Mediasiya Şurası ilə birlikdə işləyə bilər".

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. Komitə sədri bildirib ki, Mediasiya Şurası yeni fəaliyyətə başlayıb:

"Elə fəaliyyətə başladığı ilk günlərdən biz onlara dəstək göstərməyə çalışmışıq. Yerlərdə bizim mərkəzlərimiz var və o mərkəzlərdə işləyən əməkdaşların mediasiya işinə cəlb olunması üçün müraciətləri müsbət cavablandırmışıq. Bu dəstək davam edir. Biz imkanlarımızı birləşdirməliyik. Çünki bu, ailənin sağlamlığı, qorunması və boşanmaların qarşısının alınması məsələsidir. Bizim bu nöqtədə fəaliyyətimiz birləşir. Ona görə də davamlı müzakirələr aparırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR