Dövlət Komitəsi ananın körpəsini öldürməyə cəhd etməsinə münasibət bildirib

Dövlət Komitəsi ananın körpəsini öldürməyə cəhd etməsinə münasibət bildirib
# 09 avqust 2022 14:01 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ucar rayonunun Rəstəcə kəndində ananın 7 aylıq körpəsini zəhərləyərək öldürməyə cəhd etməsi məsələsinə münasibət bildirib.

Komitədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Ucar rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya məlumat verilib.

Komitədən o da bilirilib ki, müəyyən psixiatrik xəstəliklərdən əziyyət çəkən valideynlər tərəfindən himayəsində olan övladlarına qarşı zorakılıq törədilməsi ilə bağlı Dövlət Komitəsinə məlumat daxil olduğu zaman dərhal Daxili İşlər Nazirliyinə və (qeydiyyatda, yaxud faktiki yaşadıqları) Rayon üzrə fəaliyyət göstərən İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına şifahi şəkildə məlumat verilir və rəsmi məktub ünvanlanır:

“Daha sonra ailə nəzarətə götürülür, valideynin müalicəsinin davam etdirilməsi, eləcə də valideynlik hüquqları barədə aidiyyəti orqanlarla birgə iş həyata keçilir. Aşkar olunmuş uşaq müvəqqəti olaraq sığınacağa, dövlət uşaq müəssisələrindən birinə, yaxud yaxın qohumlarının himayəsinə verilir. Əgər yaxın qohumlarının himayəsinə veriləcəksə, bu zaman həmin qohumun ailə vəziyyəti yoxlanılır və akt tərtib olunur. Bu uşaqların psixoloji xidmətlə təmin olunması işi həyata keçilir”.

Qeyd edək ki, azyaşlının atası Fuad Hüseynov polisə ərizə ilə müraciət edərək arvadı Cəlalə İsmayılovanın 1 yaşlı oğlunu öldürmək istədiyini bildirib. Ata iddia edir ki, həyat yoldaşı özünün istifadə etdiyi “Amitriptilin” dərmanını uşağa verərək qəsdən onu zəhərləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR