Dövlət Komitəsi: Bir sıra normativ-hüquqi aktlara dəyişiklik nəzərdə tutulub

Dövlət Komitəsi: Bir sıra normativ-hüquqi aktlara dəyişiklik nəzərdə tutulub
# 19 may 2022 11:49 (UTC +04:00)

“Uyğun büdcə vəsaitlərinin ayrılması və ona nəzarət sahəsində parlamentlərin rolu və iştirakının əhəmiyyətini vurğulamaqla qadınlarla bağlı məsələlərin hərtərəfli həlli sahəsində bir sıra normativ-hüquqi sənədlərin qəbul olunmasını bir daha qeyd edir, Azərbaycan parlamentinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm".

APA xəbər verir ki, bunu "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Milli Fəaliyyət Planı (MFP) hərtərəfli fəaliyyətə daha da geniş imkan yaradıb və onun tətbiqindən irəli gələrək bir sıra normativ-hüquqi aktlara dəyişiklik və əlavələrin hazırlanmasını nəzərdə tutub:

"Əlbəttə ki, bu dəyişikliklərin qəbul edilməsində parlamentarilərimizin prinsipial və qətiyyətli mövqeyi nəzərdə tutulan tədbirlərin icrasına böyük dəstək olacaq".

Bahar Muradova deyib ki, qadınlara qarşı zorakılıqdan danışarkən, fövqəladə vəziyyətlərin, o cümlədən silahlı münaqişələrin onlara təsiri xüsusi qeyd edilməlidir:

“Hazırda 30 illik münaqişə və təcavüzdən təsirlənmiş 100 minlərlə qadının hüquqlarını bərpa etmək və onların aldığı hər növ travmalara qarşı davamlılığını artırmaq istiqamətində fəaliyyətlərimizi davam etdiririk. Məişət zorakılığı və gender-əsaslı zorakılıqla mübarizədə hər bir fərdin, eləcə də vətəndaş cəmiyyətinin dəstəyi vacibdir. Zorakılığa son qoymaq üçün bütün səylər birləşdirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR