Dövlət Komitəsi: Müharibə bölgələrində əziyyət çəkən bir neçə azərbaycanlı uşağı ölkəyə qaytarmışıq

Dövlət Komitəsi: Müharibə bölgələrində əziyyət çəkən bir neçə azərbaycanlı uşağı ölkəyə qaytarmışıq
# 19 sentyabr 2019 14:05 (UTC +04:00)

"Bəzi insanlar övladlarına təhsil vermək əvəzinə şirnikləndirici vədlərə aldanaraq ailələri ilə birgə müharibə gedən ölkələrə üz tuturlar. Biz həmin müharibə bölgələrində əziyyət çəkən bir neçə azərbaycanlı uşağı ölkəyə geri qaytarmışıq".

APA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin uşaqların şəxsiyyət və normal vətəndaş kimi formalaşması çox böyük sual altındadır: "Çünki 3-4 yaşında uşaqlar həmin hadisələri üzlərində heç bir ifadə, qorxu və təəssüf hissi olmadan danışırlar. Artıq onların hissləri daşlaşmış olur. Bu insanların hansı formada cəmiyyətə buraxılmasını təsəvvür etmək belə çətindir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR