Dövlət Komitəsi qadınlara qarşı zorakılıqla bağlı qanunvericiliyin sərtləşdirilməsini təklif edib

Bahar Muradova

© APA | Bahar Muradova

# 25 yanvar 2022 12:35 (UTC +04:00)

Qadınlara qarşı zorakılıqla bağlı qanunvericiliyə dəyişikliklərlə əlaqədar təkliflər aidiyyatı orqanlara göndərilib”.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

B. Muradova deyib ki, bu, təkcə bir Dövlət Komitəsinin istəyi ilə qəbul edilə bilməz: “Əlaqədar qurumlar bununla bağlı razılaşdırılmış mövqe ifadə etməlidirlər. Yalnız bundan sonra verilmiş təkliflər Milli Məclisə göndərilə bilər. Hazırda bu təkliflər razılaşdırma mərhələsindədir. Bu təkliflər şiddətin dərəcəsinə görə məsuliyyətin artırılması nəzərdə tutulur. Burada cinayət məsuliyyətinə cəlb olunma tələbi də var. Yəni cinayət qanunvericiliyinə ailədaxili zorakılıqla bağlı cinayət məsuliyyətini nəzərdə tutan maddələr təklif olunub. O cümlədən digər preventiv tədbirlərin görülməsi istiqamətində də təkliflər var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR