Dövlət Komitəsi uşaqların diləndirilməsinə münasibət bildirib

Bahar Muradova

© APA | Bahar Muradova

# 25 yanvar 2022 13:02 (UTC +04:00)

“İstər valideyn himayəsindən məhrum uşaqların dilənçilik və digər sahələrə yönləndirilməsi, istərsə də öz valideynləri ilə yaşayan uşaqların bu cür fəaliyyətə cəlb edilməsi cəmiyyəti narahat edir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri bildirib ki, müvafiq qurumlar bu problemlərin aradan qaldırılması üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırır: “Bu məsələdə cəmiyyətin də dəstəyinə ehtiyac var. Bəzi ailələr çox təəssüf ki, bunu özlərinə qazanc mənbəyi hesab edirlər. Görülmüş profilaktik tədbirlər onları sonrakı dövrdə də bu fəaliyyətdən çəkindirə bilmir. Biz bəzi hallarda təsadüfən problemin həllinə nail ola bilirik”.

B. Muradova qeyd edib ki, iş cinayət həddinə çatanda hüquq-mühafizə orqanlarının fəaliyyəti başlayır: “Bu halda Komitənin fəaliyyəti cinayət hadisəsi baş vermiş ailədə digər üzvlərin psixoloji durumu ilə məşğul olmaqdan ibarət olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR