Dövlət Komitəsi Yevlaxda 13 yaşlı qızın əmisi tərəfindən qaçırılmasına münasibət bildirib - VİDEO

Bahar Muradova

© APA | Bahar Muradova

# 22 dekabr 2021 12:43 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda 13 yaşlı qızın əmisi tərəfindən qaçırılması məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, komitə sədri jurnalistlərə açıqlamasında bildirib ki, Yevlaxdakı məsələ problemlərin, neqativ meyllərin hələ də qüvvədə olduğunu göstərir: “Bunlarla bağlı cəmiyyət olaraq birgə fəaliyyət istiqamətlərini düşünməliyik. Əmi tərəfindən belə bir hərəkətin baş verməsi nə deməkdir? Bu, ağlasığmayan bir haldır. Belə hal baş verirsə, insanın fərdi psixoloji durumuna bağlı bir məsələdir".

B. Muradova hadisənin Komitənin diqqətində olduğunu qeyd edib: "Hüquq-mühafizə orqanları ilə birlikdə prosesə cəlb olunmuşuq. Əlbəttə ki, üzərimizə düşən vəzifələri yerinə yetirik. Hüquqi dəyərləndirmədən sonra qızın gələcək taleyi, psixoloji vəziyyəti ilə bağlı qərarların qəbul olunmasında iştirak edəcəyik. Belə məsələlərə yalnız hüquqi müstəvidə qiymət verməliyik. Hər kəs törətdiyi belə hüquq pozuntusuna və cəmiyyətin birgə yaşayış qaydalarına zidd əmələ görə mütləq cəzalanmalıdır. Cəzalandıqda da cəmiyyət bunu adekvat qəbul etməli, hansisa təzyiq aləti kimi görməməlidir”.

Komitə sədri Ağdamda X sinif şagirdi qızın qaçırılması ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, komitənin Ağdamda mərkəzi var: "Mərkəz həmin hadisə ilə məşğuldur. Qız ailəsinə qaytarılıb. Psixoloji vəziyyəti ilə bağlı tədbirlər görülür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR