Dövlət orqanlarında çalışan xadimə, dalandar, bağban və fəhlələrin maaşı artırılıb

Dövlət orqanlarında çalışan xadimə, dalandar, bağban  və fəhlələrin maaşı artırılıb
# 17 yanvar 2022 11:25 (UTC +04:00)

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

Sıra

№-si

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

370

2.

1-ci kateqoriya dövlət orqanlarında

355

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

335

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

315

Həmin işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, bundan əvvəl həmin işçilərin aylıq vəzifə maaşları aşağıdakı məbləğdə olub:

Sıra

№-si

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

310

2.

1-ci kateqoriya dövlət orqanlarında

295

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

280

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

260

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR