Dövlət Proqramı ilə xaricdə təhsil alanlar 5 il Azərbaycanda işləməlidir 

Dövlət Proqramı ilə xaricdə təhsil alanlar 5 il Azərbaycanda işləməlidir 
# 03 iyun 2022 16:46 (UTC +04:00)

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunlarıın işlə təmin olunması üçün müddəa var”.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov bildirib.

Onun sözlərinə görə, həmin şəxs məzun olduqdan sonra ölkəyə qayıtmalı və 5 il Azərbaycanda işləməlidir.

Şöbə müdiri deyib ki, şəxs əgər hər hansı fors-major hallar səbəbi ilə təhsilini dayandırarsa “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində yalnız bir semestr möhlət müddəti ərzində maliyyələşdirilməsi davam etdiriləcək:

"Bundan başqa, tələbə təhsil müddətini başa vurduqdan sonra müvafiq olaraq hesabat təqdim etməlidir. Dövlət Proqramı ilə xaricdə təhsil zamanı akademik müvəfəqqiyətsizlik olarsa, maliyyələşmə dayandırılır. Akademik müvəfqqiyətsizlik aradan qaldırıldıqdan sonra yenidən maliyyələşmə davam edir. Əgər tələbə xaricdə təhsilini yarımçıq qoyursa və ya oxuya bilmirsə, bu zaman o uğursuz kimi qiymətləndiriləcək. Bu zaman ona ödənilən vəsait dövlətə geri qaytarılmalıdır. Bu şərtlər Təhsil Nazirliyi tərəfindən təsdiq ediləcək müqavilədə daha aydın öz əksini tapacaq. Eyni zamanda Dövlət Proqramını bitirib, ancaq müqavilənin şərtlərini pozaraq ölkəyə qayıtmayan şəxslər də həmin vəsaiti dövlətə geri qaytarmalı olacaqlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR