Dövlət Qulluğu Məcəlləsi payızda parlamentdə müzakirəyə çıxarılacaq

Dövlət Qulluğu Məcəlləsi payızda parlamentdə müzakirəyə çıxarılacaq
# 14 iyul 2022 11:26 (UTC +04:00)

Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanma mərhələsindədir.

Bunu APA-ya açıqlamasında Dövlət Qulluğu İdarəetmə Şurasının üzvü, Milli Məclisin deputatı Nizami Səfərov deyib.

O bildirib ki, növbəti dekadalarda layihə hazır olacaq:

“Bu layihənin geniş ictimai müzakirəsinin keçirilməsi nəzərdə tutulur. Geniş ictimaiyyət, həmçinin, dövlət qulluqçuları bu layihə ilə yaxından tanış olacaq və təkliflərini irəli sürə biləcək. “Dövlət qulluğu haqqında” Qanun 2000-ci ildə qəbul olunub, 2001-ci ildən qüvvəyə minib və bu Qanunda bir sıra dəyişikliklər edilib. Ancaq qeyd etmək istəyirəm ki, qanun öz sistemliliyini saxlasa da, belə bir Məcəllənin hazırlanması Azərbaycan Respublikasının qanunvericiliyində mövcud olan yeni məcəllələrin hazırlanması istiqamətində atılan mühüm addım olacaq”.

Nizami Səfərov qeyd edib ki, Dövlət Qulluğu Məcəlləsinin layihəsi payızda artıq parlamentdə müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR