Dövlət qulluğunun inkişafına dair strategiyanın Fəaliyyət Planı müzakirə edilib - FOTO

Dövlət qulluğunun inkişafına dair strategiyanın Fəaliyyət Planı müzakirə edilib  - FOTO
# 02 fevral 2023 10:40 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzinin "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı"nın müzakirəsi keçirilib.

APA xəbər verir ki, müzakirə dövlət orqanlarının kadr qurumlarının dövlət qulluğu sahəsində həyata keçirilən institusional islahatlarda fəal iştirakının təmin edilməsi, dövlət orqanları ilə Mərkəz arasında əməkdaşlığın və təcrübə mübadiləsinin artırılması, habelə Fəaliyyət Planında müəyyən edilmiş tədbirlərin icra vəziyyətinin, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi zamanı yaranan çətinliklər və onların həlli yollarının müzakirə edilməsi məqsədilə təşkil edilib.

Tədbirdə 35 dövlət orqanından 40-dan çox nümayəndə, beynəlxalq ekspertlar və Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyət göstərən struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklər, dövlət qulluğunun inkişaf istiqamətləri və prinsipləri, "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya'nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı çərçivəsində həyata keçirilmiş tədbirlər, habelə Strategiyanın 2023-2025-ci illər üzrə Fəaliyyət Planının icra vəziyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra DİM-in əməkdaşları və beynəlxalq ekspertlər tərəfindən dövlət qulluğu sahəsində təqdimatlar edilib.

Tədbirin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, dövlət qulluğunda səriştə modeli, dövlət qulluğu vəzifələrinin qruplaşdırılması və vəzifə profillerinin hazırlanması, dövlət qulluqçuları üçün təlimlərin təşkili ilə bağlı müzakirələr edilib, eyni zamanda dövlət orqanı nümayəndələrinin sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR