Dövlət qurumları və təhsil müəssisələri “Ali təhsil haqqında” qanun layihəsinə rəy verib

Bəxtiyar Əliyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri

© APA | Bəxtiyar Əliyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri

# 18 may 2022 10:33 (UTC +04:00)

“Ali təhsil haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması üçün iş gedir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, artıq müvafiq dövlət qurumları və müxtəlif universitetlərdən rəylər daxil olub: “Hazırda həmin rəylər təhlil edilir. Yaxın zamanlarda komitədə qanun layihəsini müzakirə edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR