Dövlət Xidməti gəmilərə texniki baxış keçirəcək - CƏDVƏL

Dövlət Xidməti gəmilərə texniki baxış keçirəcək - CƏDVƏL
# 06 yanvar 2023 15:30 (UTC +04:00)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək.

APA nazirliyin saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2023-cü il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun aparılacaq:

Sıra

Texniki baxışın keçiriləcəyi şəhər və rayonlar

Texniki baxışın keçirilmə vaxtı

1.

Şimal regionu üzrə

Fevral ayı ərzində

2.

Muğan regionu üzrə

Mart ayı ərzində

3.

Cənub regionu üzrə

Aprel ayı əzində

4.

Daxili su hövzələri üzrə

Oktyabr ayı ərzində

5.

Bakı şəhəri və Abşeron rayonu üzrə

5.1

Ələt-Bibiheybət istiqamətində

Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri

5.2

Zığ-Pirallahi istiqamətində

Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri

5.3

Şimal QRES-Nardaran istiqamətində

Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri

5.4

Görədil-Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi istiqamətində

Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri

Əlaqə telefonları: +994(12)512-17-09; +994(12)512-17-61.

Qeyd edilib ki, cədvəldə göstərilmiş günlər hava şəraiti ilə əlaqədar olaraq dəyişdirilə bilər. Həmçinin, çimərlik mövsümü ilə əlaqədar Bakı və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR