Dövlət Xidməti: Lökbatanda ağaclar apreldə kəsilib

Dövlət Xidməti: Lökbatanda ağaclar apreldə kəsilib
# 07 dekabr 2022 17:29 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində ağacların kəsilməsi məsələsinə münasibət bildirib.

APA xəbər verir ki, Xidmətin rəsmisi Vaqif Cavadovun sözlərinə görə, sözügedən ünvanda bu ilin aprel ayında 6 ağacın qanunsuz kəsildiyi müəyyən edilib və təbiətə dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib:

“Ərazidəki ağaclar sayılaraq qeydiyyata alınıb. Bu gün isə həmin əraziyə təkrar baxış keçirilib, yeni ağac kəsintisi faktı qeydə alınmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR