Dövlət Xidməti yanğına qarşı maarifləndirmə tədbirləri keçirib - FOTO

Yanğına qarşı maarifləndirmə tədbiri

© APA | Yanğına qarşı maarifləndirmə tədbiri

# 29 aprel 2022 12:54 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində əsas istiqamətlərdən biri olan əhalinin yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi üzrə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, bu çərçivədə, Xidmət tərəfindən Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Sabunçu rayonu 74 saylı və Binəqədi rayonu Azər Məmmədov adına 115 saylı tam orta məktəblərində, habelə Zaqatala Tarix Diyarşünaslıq muzeyində, İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət məktəbində, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində, Şamaxı “ASAN xidmət” mərkəzində, Şəmkir rayon körpələr evi-uşaq bağçasında, Göyçay Gənclər Evində, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə Yevlax Bələdiyyəsində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR