Dövlət Xidmətində “Heydər Əliyev İli”nə həsr olunmuş yarış keçirilib - FOTO

Dövlət Xidmətində “Heydər Əliyev İli”nə həsr olunmuş yarış keçirilib - FOTO
# 07 iyun 2023 14:11 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin struktur bölmələri arasında “Heydər Əliyev İli”nə həsr olunmuş sularda xilasetmə çoxnövçülüyü üzrə yarış keçirilib.

APA FHN-in saytına istinadən xəbər verir ki, xidmətin “Buzovna” sularda xilasetmə məntəqəsində keçirilən yarışda Bakı və Abşeron yarımadasında yerləşən xilasetmə məntəqələrinin əməkdaşlarından ibarət 18 komanda mübarizə aparıb. Yarış açıq dənizdə və qapalı hovuzda təşkil edilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda komanda hesabında “Pirşağı” məntəqəsinin komandası 1-ci yeri, “Buzovna” məntəqəsinin komandası 2-ci yeri, “Zuğulba” dalğıc-axtarış qrupunun komandası 3-cü yeri tutub. Şəxsi birincilikdə isə Qabil Həsənov 1-ci, Haşım Babayev və Rahib Ələkbərzadə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Yarışların mükafatlandırma mərasimində çıxış edən Xidmətin rəis müavini daxili xidmət polkovniki Seymur Qaraşov qalibləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Qaliblərə kubok, medal və diplomlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR