Dövriyyədən çıxarılmış narkotik vasitələrin tibbdə istifadə qaydası hazırlanacaq

Dövriyyədən çıxarılmış narkotik vasitələrin tibbdə istifadə qaydası hazırlanacaq
# 18 may 2022 20:26 (UTC +04:00)

Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydası hazırlanacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 518-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla beş ay müddətində müəyyən etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR