DSMF-nin gəlir və xərclərində artım olub

DSMF-nin gəlir və xərclərində artım olub
# 16 iyun 2022 14:10 (UTC +04:00)

2022-ci ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 7 faiz və ya 159 mln. manat çox olmaqla 2 mlrd. 300 mln. manat təşkil edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Fondun xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz və ya 108 mln. manat artaraq 2 mlrd. 179 mln. manat olub.

DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası davam edib: Yanvar-may aylarında bu daxilolmalarda 10 faiz və ya 157 mln. manat artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR