DSMF-nin gəlirləri 3,2 faiz artıb

DSMF-nin gəlirləri 3,2 faiz artıb
# 18 noyabr 2022 14:12 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2022-ci ilin 10 ayında proqnozla müqayisədə 3,2 faiz və ya 146 mln. manat çox olmaqla 4 mlrd. 727 mln. manat təşkil edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-oktyabr aylarında proqnoza nisbətən 4,1 faiz və ya 144 mln. manat artaraq 3 mlrd. 688 mln. manat olub.

Bu ilin yanvar-oktyabr aylarında DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz və ya 308 mln. manat artaraq 4 mlrd. 363 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR