DSMF-nin gəlirləri 7,3, xərcləri 5 faiz artıb

Sahil Babayev

© APA | Sahil Babayev

# 22 iyul 2022 11:00 (UTC +04:00)

Bu ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz, o cümlədən sosial sığorta daxilolmalarında 21 faizədək, Fondun xərclərində 5 faiz artım qeydə alınıb.

APA xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, DSMF-nin əhaliyə ödənişləri 4,2 faiz və ya 102 mln. manat çox olmaqla 2 mlrd. 507 mln. manat olub.

"Bu dövrdə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz (104 mln. manat) çox olmaqla 2 mlrd. 443 mln. manat vəsait yönəldilib. Pensiyaların orta aylıq məbləği 11 faizədək artaraq 364 manata, yaşa görə orta aylıq pensiya isə 10,2 faiz artaraq 395 manata çatıb. Son 6 ayda Vətən müharibəsi veteranlarına Prezidentin aylıq təqaüdlərinin proaktiv qaydada təyinatı proqramı da uğurla icra edilərək ödənişləri tam həyata keçirilib. 40 min ailəni və ya 173 min nəfəri əhatə edən ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği də 35 faiz artaraq 347 manata çatıb" - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR