TƏBİB: DSX Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib

TƏBİB: DSX Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib
# 06 dekabr 2022 18:02 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR