Dünya Bankının məşğulluğa dəstək layihəsi üzrə missiyası ilə görüş olub

Dünya Bankının məşğulluğa dəstək layihəsi üzrə missiyası ilə görüş olub
# 03 iyun 2022 15:18 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə missiyası ilə görüş olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, nazirin müavini Anar Əliyev özünüməşğulluq proqramının həssas qrupların kiçik biznesə çıxışında əhəmiyyətli rolunu vurğulayıb. Bu proqramın ən yaxşı təcrübələr əsasında genişləndirilməsində, işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarının dəstəklənməsində “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsinin önəmli rolundan bəhs edib.

Məşğulluğa Dəstək Layihəsinin icrası işlərinin uğurla davam etdiyini bildirən Dünya Bankının nümayəndələri aktivlərlə təmin edilən benefisiarlara il ərzində 4 müşahidə səfərinin təşkil ediləcəyini diqqətə çatdırıblar.

Görüşdə layihənin icrası, 2021-ci üzrə təlimləri bitirmiş iştirakçılara aktivlərin paylanılması və 2022-ci il üzrə yeni təlimlərin başlanmasına dair fikir mübadiləsi aparılıb. Həmçinin biznes təlimlərin BƏT-in yenilənmiş proqramı üzrə davam etdirilməsi, iştirakçıların peşə təlimlərinə cəlb edilərək bacarıqlarının artırılması, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR