Dünyada 1 milyard insan hipertoniyadan əziyyət çəkir

Rahib Məmmədov

© APA | Rahib Məmmədov

# 06 may 2022 11:28 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin vəziyyəti üzrə sonuncu hesabatına görə, dünyada 41 milyon insan məhz qeyri-infeksion xəstəliklərdən vəfat edib.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə Azərbaycanda keçirilən maarifləndirici kampaniya ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, bu, qeydə alınan bütün ölüm hallarının 71 faizi deməkdir. "Bu xəstəlikləri yaradan əsas səbəblər isə zərərli vərdişlər, tütünçəkmə, spirtli içkilərdən istifadə, qeyri-sağlam qidalanma və fiziki passivlikdir".

Rahib Məmmədov hipertoniya xəstəliyi ilə bağlı də müşahidə olunan vəziyyəti açıqlayıb: "Dünyada 1 milyard insan hipertoniya xəstəliyindən əziyyət çəkir. 2025-ci ildə bu rəqəmin 1,5 milyarda çatması gözlənilir. Təəssüf ki, bu xəstəlik uşaqlar və yeniyetmələr arasında da yüksəlməkdədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR