Dünyada 1.8 milyard nəfər su qıtlığından əziyyət çəkə bilər

Dünyada 1.8 milyard nəfər su qıtlığından əziyyət çəkə bilər
# 13 may 2022 17:12 (UTC +04:00)

“2080-ci ilə qədər su qıtlığından əziyyət çəkən dünya əhalisinin sayı 1.8 milyard nəfərə çata bilər”.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fuad Hümbətov deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin mənfi təsirləri olduqca genişdir: “Xüsusilə kənd təsərrüfatı sahəsində də ciddi problemlərlə üzləşə bilərik. Temperaturun normadan 2 dərəcə artıq olması flora və faunanın məhv olma təhlükəsini artıracaq. İnsan sağlamlığına riski və malyariya xəstəliyinin dairəsi də genişlənə bilər. Bunlar elmi əsaslı məlumatlardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR