Dünyada COVID-19-a yoluxanların sayı 569 milyonu ötüb - CƏDVƏL

Dünyada COVID-19-a yoluxanların sayı 569 milyonu ötüb - CƏDVƏL
# 23 iyul 2022 12:38 (UTC +04:00)

Bu günə olan məlumata görə, dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 569 023 786-ya çatıb.

APA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universitetinin yaydığı məlumatda bildirilir.

Dünyada virusun yayıldığı gündən indiyədək 6 382 420 nəfər COVID-19 infeksiyasının təsirindən dünyasını dəyişib.

20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya var.

Xəstəliyə yoluxanların və infeksiyanın nəticələrindən ölənlərin sayı müvafiq olaraq:

COVID-ə yoluxanların sayı

Ölən xəstələrin sayı

ABŞ

90 367 064

1 026 883

Hindistan

43 868 476

525 997

Braziliya

33 555 526

676 766

Fransa

33 621 366

152 390

Almaniya

30 331 131

143 177

Böyük Britaniya

23 422 743

183 415 (cümə axşamı, cümə və şənbə günləri üçün məlumatlar yenilənməyib)

“Worldometer” portalının məlumatına görə, şənbə günü səhər saatlarına planetdə hər 1 mln. nəfərə düşən ölüm nisbəti 821,3 təşkil edir. Hindistanda hər 1 mln. əhaliyə 373, Braziliyada – 3 138, Fransada - 2 308, Almaniyada – 1 698, Böyük Britaniyada (cümə axşamı səhərinə olan məlumat) - 2 663 nəfər ölüb. ABŞ-a aid məlumatlar təqdim edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR