DYMX-da FHN-in dünya çempionu olmuş əməkdaşı ilə görüş keçirilib - FOTO

DYMX-da FHN-in dünya çempionu olmuş əməkdaşı ilə görüş keçirilib - FOTO
# 26 iyul 2022 14:37 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov 14-17 iyulda İstanbulda Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının təşkilatçılığı ilə gənclər və böyüklər arasında kyokuşinkay karate və ciyutaido üzrə keçirilən dünya çempionatında qızıl medal qazanmış daxili xidmət çavuşu İskəndər Həsənovla görüşüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, Xidmət rəisi uğur qazanmış idmançını qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb. Qeyd olunub ki, kişilər arasında kumite yarışlarında Fövqəladə Hallar Nazirliyinin kyokuşinkay karate, eyni zamanda Azərbaycan milli yığma komandalarının üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı İskəndər Həsənov 75 kq çəki dərəcəsində 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olub. Qalibə Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının kuboku, medal və diplomu təqdim olunub. Əlavə edək ki, İskəndər Həsənov kyokuşinkay karate üzrə respublika çempionatının, ikiqat dünya kubokunun və beynəlxalq turnirlərin qalibidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR