DYP Bakıda hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə çalışacaq

DYP Bakıda hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə çalışacaq
# 22 dekabr 2021 13:49 (UTC +04:00)

"Bakıda qış fəsli ilə əlaqədar qarlı, şaxtalı, qeyri-sabit hava şəraiti gözlənilir. Polis hava şəraiti ilə əlaqədar hərəkətin tənzimlənməsi üçün təlimatlandırılıb. Qış aylarında havanın qeyri-sabit keçməsi ilə əlaqədar olaraq yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz hallar yaşanmasın deyə sürücülər və piyadalar ehtiyatlı olmalıdır".

Bunu APA-ya Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. V. Əsədov deyib ki, tıxacların qarşısının alınması üçün nəqliyyatın hərəkətinin sıx və intensiv olduğu yerlərdə naryad qruplarının sayı artırılacaq: “Sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına, mövsümü təkərlərdən istifadəyə, lazım gələrsə, təkərlər üçün zəncirdən istifadəyə fikir verməlidirlər. Sürətlə avtomobili idarə etməməli, avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirmələri, yaxın vuran işıqlardan istifadə etməlidirlər. Hərəkətin intensiv olduğu küçələrdə avtomobillər yol kənarlarına park edilməməlidir".

Şöbə rəisi onu da vurğulayıb ki, sürücülərə enişli-yoxuşlu yollarda diqqətli olmaları, mümkün qədər səxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur. Piyadalar isə səkilərlə, onlar üçün nəzərdə tutulan keçidlərlə hərəkətə üstünlük verməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR