DYP: Fətəli xan Xoyski küçəsində təmir işləri sentyabrın 12-si yekunlaşacaq

DYP: Fətəli xan Xoyski küçəsində təmir işləri sentyabrın 12-si yekunlaşacaq
# 07 sentyabr 2022 18:35 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, paytaxtın Fətəli xan Xoyski küçəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısından metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində asfalt örtüyünün dəyişdirilməsi məqsədi ilə müvafiq işlərin aparılması nəzərdə tutulub.

“Sürücülərdən xahiş edirik ki, həmin istiqamətdə hərəkətə üstünlük verməsinlər. Bu işlərin sentyabrın 12-si, səhər saatlarına qədər yekunlaşması nəzərdə tutulub. Anlayış göstərdiklərinə görə bütün sürücülərə təşəkkür edirik”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR