ƏƏSMN: 5 il ərzində sosial sığorta daxilolmaları 84,3% artıb

ƏƏSMN: 5 il ərzində sosial sığorta daxilolmaları 84,3% artıb
# 21 yanvar 2022 14:07 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda son illərdə ciddi artım tempi özünü göstərib.
Bu barədə APA-ya Nazirlikdən məlumat verilib.

Bunun göstəricisi kimi, sosial sığorta daxilolmalarının həcmi 2017-ci ildə 2085,7 milyon manat; 2018-ci ildə 2327,1 milyon manat; 2019-cu ildə 2921,6 milyon manat; 2020-ci ildə 3553,2 milyon manat; 2021-ci ildə isə 3843,4 milyon manat təşkil edib.

Bildirilib ki, qeyd olunan dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 84,3% və ya 1757,68 milyon manatlıq artım baş verib.

Bu artımın əsasında ölkədə aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri, o cümlədən məşğulluq imkanlarının və əmək haqlarının mütəmadi artımı, əmək münasibətlərində leqallaşmanın genişlənməsi dayanır.

Qeyd olunan daxilolmaların ötən il 63,5%-i və ya 2441,2 milyon manatı özəl sektorunun payına düşüb. Bu da 2017-ci ilə nisbətən 1103,8 milyon manat və ya 82,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR