ƏƏSMN-in xidmətlərindən 138-i elektron qaydada göstərilir

ƏƏSMN-in xidmətlərindən 138-i elektron qaydada göstərilir
# 29 dekabr 2022 11:18 (UTC +04:00)

"Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90.2 faizə çatdırılıb".

APA xəbər verir ki, bunu Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin sədri Kənan Əkpərov ilin yekunlarına dair hesabat mətbuat konfransında deyib.

O bildirib ki, Nazirliyin xidmətlərindən artıq 138-i elektron, o cümlədən 51-i proaktiv qaydada göstərilir:

"40 xidmətin elektronlaşdırılması ilə bağlı işlər 2022-ci il ərzində həyata keçirilib".

K.Əkpərov qeyd edib ki, bu il Nazirliyin e-xidmətlərinə 9 milyondan çox, e-sosial.az portalına 11 milyona yaxın müraciət edilib.

O qeyd edib ki, may ayında əmək münasibətləri sahəsində bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini təmin edən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilib:

“Mərkəz tərəfindən Prezidentin 2022-ci il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”na əsasən ƏƏSMN tərəfindən mənzillərin satışını təşkil etmək məqsədilə “Mənzil satış portalı” hazırlanaraq istifadəyə verilib”.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR