ƏƏSMN: Sosial müavinət və təqaüd artımı 800 mindən çox şəxsi əhatə edir

ƏƏSMN: Sosial müavinət və təqaüd artımı 800 mindən çox şəxsi əhatə edir
# 13 yanvar 2023 10:34 (UTC +04:00)

Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamlarına əsasən ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin artırılması təmin edilir.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, həmçinin tələbə və doktorantların təqaüdləri də artırılıb.

"Bu artım 150 min tələbə və doktorantı əhatə edib. Ümumilikdə, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR