ƏƏSMN: Vətəndaşlara göstərilən elektron xidmətlər 150-yə çatdırılacaq

Kənan Əkpərov

© APA | Kənan Əkpərov

# 25 iyul 2022 11:23 (UTC +04:00)

İlin sonuna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin sayı 150-yə çatdırılacaq.

APA xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlərin elektronlaşdırılmasına dair görülmüş işlər və hədəflərlə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, əhaliyə göstərilən xidmətlərin 90 faizi tam elektronlaşmış olacaq.

"İl ərzində yeni proaktiv xidmət növlərinin də istifadəyə verilməsi gündəlikdə yer alan məsələlər siyahısındadır" - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR