Əfv Komissiyası indiyə qədər 400-dən çox müraciətə baxıb - YENİLƏNİB

Əfv Komissiyası indiyə qədər 400-dən çox müraciətə baxıb  - YENİLƏNİB
# 14 may 2022 13:37 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verilib.

O bildirib ki, bu gün 100-dən artıq müraciətə baxıblar.

Növbəti iclas mayın 19-da keçiriləcək

Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir. Bundan əvvəl iclaslarda 300-dən çox müraciət baxılıb.

***

11:01

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

APA xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.

Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir. İndiyə qədər komissiya 300-dən artıq müraciətə baxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR