Əfv Komissiyasının sonuncu iclasının vaxtı bilinib, 500-dən çox müraciətə baxılıb

Əfv Komissiyasının sonuncu iclasının vaxtı bilinib, 500-dən çox müraciətə baxılıb
# 19 may 2022 18:15 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə APA-ya Əfv Komissiyasının üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, bu gün 100-dən artıq müraciətə baxılıb.

Komissiyanın sonuncu iclası mayın 23-də keçiriləcək.

Qeyd edək ki, Komissiyanın bundan əvvəlki iclaslarında 400-dən artıq müraciətə baxılıb.

Xatırladaq ki, missiyanın iclaslarının 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR